Hədis tarixi dərsləri – 7

Namiq Babaxanov 
Yeddinci dərs

Hədis yazısının fiqh yönümlü olması

Qurani-Kərimin təxminən altı mindən çox ayəsivardır və bunlardan təqribənbeş yüzü fiqhi mövzularlabağlıdır. Bu isə göstərir ki, Quranda fiqhi hökmlər ümumi şəkildə təqdim olunur, onların təfsilatı və praktik tətbiqi isə Peyğəmbərin hədisləri vasitəsilə açıqlanır. Beləliklə, hədis yazısının ilk mərhələsi əsasən fiqh yönümlü olmuşdur.

Mövcud rəvayətlərdən aydın olur ki, İslam Peyğəmbəri özü hədislərin yazıya alınmasını təşviq etmişdir, çünki fiqhi hökmlərin müəyyənləşdirilməsində hədislərin rolu əvəzolunmazdır.

 

Məsum imamların rolu

Məsum imamlar sağ olduğu dövrlərdə müsəlmanlar istənilən fiqhi məsələni birbaşa öyrənə bilirdilər. Buna görə ictihad yalnız məsum imamların qeyb dövrü üçün nəzərdə tutulmuşdur. Əqidəyə görə, İmam Mehdinin zühurundan sonra ictihada olan ehtiyac tamamilə aradan qalxacaq, Çünki məsum imam insanlar arasında olacaq və bütün dini hökmləri o açıqlayacaqdır.

Beləliklə, ilk dövrlərdə yazıya alınan hədislərin əsasən fiqhi hökmlərlə bağlı olması və Peyğəmbərin bu hədislərin öyrənilməsini təşviq etməsi tarixi və funksional baxımdan tam əsaslandırılmışdır.

İlk hədis

İslamda ilk hədis olaraq qəbul edilən söz İslam Peyğəmbərinin aşağıdakı kəlamıdır:  “De ki, Lə ilahə illəllah, Muhəmmədun Rəsulullah!” (Biharul-Ənvar, c. 40, səh. 160)

Rəvayətlərə görə, bu ifadə peyğəmbərlik dövrünün başlanğıcında, ilk vəhy nazil olduqdan sonra səsləndirilmişdir, ilk olaraq Həzrət XədicəyəHəzrət Əliyə söylənlmışdır.

Bu hədis əqidə və tövhid (təkallahlılıq) mövzusunu ehtiva edir, İslamın əsasını təşkil edən ilk prinsip tövhidə imandır, Peyğəmbərin insanları İslama dəvət etmək üçün istifadə etdiyi ilk çağırış olmuşdur.

Məşhur alim İbn Şəhraşub “Mənaqib” adlı əsərində bu hədis və onun kontekstini geniş izah etmişdir, Hədis İslamın başlanğıc mərhələsinin əsas məqamlarından biri və əqidə baxımından mühüm rol kimi təqdim olunur (Mənaqib Ali Əbi Talib, c. 1, səh. 59).

7-cı dərsin sualları

  1. Qurandakı fiqhi ayələrin sayı və hədislərin fiqh yönümlü olmasının səbəbi nədir?
  2. Məsum imamların sağ olduğu dövrdə ictihadın rolu nədən ibarət idi?
  3. İlk hədis olaraq qəbul edilən kəlam nədir və kimlərə çatdırılmışdır?
  4. İlk hədisin əqidə və tövhid baxımından əhəmiyyəti nədir?