1 // Birinci dərs
Üsulid-din ( Dinin əsasları)
Üsulid-din “dinin kökləri və əsasları” deməkdir. İslam
etiqadında insanın imanının əsasını təşkil edən beş etiqadi prinsip
nəzərdə tutulur. Dini bir ağaca bənzətsək, üsulid-din onun kökü, digər
etiqadi və əməli məsələlər isə bu kökdən çıxan gövdə, budaqlar kimidir. Kök sağlam olduqda ağac da sağlam olur. İndi bu beş prinsipi izah edək:
1. Tövhid — Allah vardır və təkdir. Bu Allahın varlığına və Onun zatında,
sifətlərində və ibadətdə yeganə olduğuna inanmaqdır. Allahın şəriki,
tayı-bərabəri, oxşarı-bənzəri yoxdur.
2. Ədl (ədalət) — Allahın mütləq ədalətli olduğuna, heç vaxt zülm və
haqsızlıq etmədiyinə inanmaqdır. Allah ədalətlidir və heç vaxt zülm etməz.
3. Nübüvvət (Peyğəmbərlik) — Allahın insanları doğru yola yönəltmək üçün
peyğəmbərlər göndərdiyinə inanmaqdır. Bu silsilənin sonuncusu Hz.
Məhəmməddir və ondan sonra peyğəmbər gəlməz. O insanlara İslamı tanıtmış, mələklər vasitəsilə ona nazil olan Quranı insanlara çatmışdır.
4. İmamət (Rəhbərlik) — Peyğəmbərdən sonra ilahi
rəhbərliyin Əhli-beyt imamları vasitəsilə davam etdiyinə inanmaqdır. İmamların sayı 12, İmam Əli, İmam Həsən, İmam Hüseyn, İmam Zzeynəlabidin, İmam Baqir, İmam Sadiq, İmam Kazim, İmam Rza, İmam Cavad, İmam Hadi, İmam Əsgəri, İmam Mehdi. Onlar üüməti himayət edənlər və dini qoruyanlardır.
5. Məad (Axirət) — insanın ölümdən sonra yenidən
dirildiləcəyinə, Qiyamət gününə, ilahi hesaba, savab və cəzaya, Cənnət və Cəhənnəmə inanmaqdır. İnsan dünyadakı əməllərinə görə axirətdə məsuliyyət daşıyacaq.
Dərsə aid suallar:
Tövhid — Kimə inanırıq?
Ədl — Allahın hökmü necədir?
Nübüvvət — Allahın yolu insanlara necə çatır?
İmamət — Peyğəmbərdən sonra ilahi rəhbərlik necə davam edir?
Məad — İnsanın son mənzili və aqibəti nədir?